Vaqif Quliyev
İran İslam Cümhuriyyətinin "Əl-Mustafa" Universitetinin İlahiyyat fakültəsində bakalavr və magistr təhsilini aldıqdan sonra, Qum Universitetinin Din fəlsəfəsi fakültəsinə qəbul olub.
Tehran Universitetinin Fəlsəfə fakültəsində doktorantuna pilləsində təhsil alıb və doktorluq dissertasiyasını müdafiə edib. 2010-cu ildən "Əl-Mustafa" Universitetinin “Əl-hikmət” adına qısa müddətli təhsil mərkəzində müəllim işləyib. Eyni zamanda "Əl-Mustafa" Universitetinin Fəlsəfə və Kəlam departamentində Məntiq, Fəlsəfə, Kəlam fənlərini tədris edib.
Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur.
Darul Hikmət Elm və Tədris Mərkəzində İslam fəlsəfəsi, Din fəlsəfəsi, Qərb fəlsəfəsi, Yeni kəlam dərslərini tədris edir.