Təbriz Qasımov
Bakı Dövlət Universitetinin “İlahiyyat” fakultəsini bitirdikdən sonra İraqın Nəcəf şəhərinə gedib və orada Nəhv, Məntiq, Üsul, Fiqh, Fəlsəfə dərslərində iştirak edib.
Daha sonra Qum Elmiyyə Hövzəsində fiqh və üsul elmlərini öyrənməklə yanaşı, bir çox ustadların Məntiq (Farabinin “əl-Məntiqiyyat”, Xacə Tusinin “Şərhul-İşarat”), Fəlsəfə (Әllamə Təbatəbainin “Nihayətul-Hikmə, İbn Sinanın “əş-Şifa”, Molla Sədranın “əl-Әsfar”), Kəlam (Xacə Tusinin “Təcridul-Etiqad), Nəzəri İrfan (Qunəvinin Risalətun-Nusus) dərslərində iştirak edib.
Darul Hikmət Elm və Tədris Mərkəzində Quran elmləri dərsini tədris edir.