Haqqımızda

Səbriyyə Hüseynova

Səbriyyə Hüseynova

Səbriyyə Bahadur qızı Hüseynova, 23 fevral 1972-ci ildə Cəbrayıl rayonunun Mahmudlu kəndində ziyalı ailəsində anadan olub.

2006-2008-ci illərdə Sumqayıt şəhər “Cümə” məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə ibtidai təhsil almış, həmçinin 2010-2013-cü illərdə eyni adlı mədrəsədə “İlahiyyat” fakültəsində təhsil almışdır. Təhsil müddəti ərzində Quran elmləri, İslam şəriəti, İslam tarixi, İslam etiqadı, Ərəb dili və Quran təfsiri dərslərini uğurla mənimsəmişdir.

2019-cu ildən İİR-nın "Əl-Mustafa" Universitetinin İlahiyyat fakültəsində bakalavr təhsili alır.


Hal-hazırda Darul Hikmət Elm və Tədris Mərkəzində Quran dərsini tədris edir.

Ailəlidir. 3 övladı var